İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kanadadan əl çəkmir: 51-ci ştat olmasını görmək istəyirəm

Amerika prezidenti Donald Tramp növbəti dəfə Kanadanın Birləşmiş Ştatlara qoşulmasından danışıb.

Musavat.com xəbər verir ki, o bu haqda Helena qasırğasından əziyyət çəkmiş Şimali Karolina ştatında olarkən jurnalistlərə danışıb.

Tramp ABŞ-a birləşəcəyi təqdirdə Kanadaya hərbi və siyasi üstünlüklər vəd edib: "Mən Kanadanın 51-ci ştat olmasını görmək istərdim. Əgər bu baş versəydi, Kanada vətəndaşları böyük bir vergi güzəşti əldə edəcəklər - onların hazırda çox yüksək vergiləri var. Və onlar ordu ilə bağlı narahat olmayacaqlar. Daha yaxşı sağlamlıq xidməti olacaq".

Tramp həmçinin Vaşinqtonun Ottava ilə ikitərəfli ticarətdə kəsirindən növbəti dəfə şikayət edib: "Kanada ilə ticarətdə biz ildə 200 milyard dollar itiririk. O, ABŞ-ın Kanadadan nə maşın, nə taxta, nə də ərzaq tədarükünə “ehtiyac duymadığına” əmin olduğunu bildirib. Tramp həmçinin Kanadanın istefaya göndərilən baş naziri Castin Trüdonu yenidən “Qubernator Trüdo” adlandırıb. Amerika ştatlarına qubernatorlar rəhbərlik edir.

Qeyd edək ki, Tramp yanvarın 23-də ABŞ-ın Kanada ilə böyük ikitərəfli ticarət kəsirinə daha dözə bilməyəcəyini və onun ABŞ-a neft və qaz tədarükünə qarşı tədbirlər görməyə hazır olduğunu bildirib. Yanvarın 20-də Tramp Vaşinqton, Ottava və Meksika arasında azad ticarətlə bağlı üçtərəfli sazişin olmasına baxmayaraq, fevralın 1-dən Kanada və Meksikadan gələn bütün mallara 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR