İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Dnestryanı kartını işə salıb: BMT-yə müraciət olundu

Rusiyanın Moldovadakı əlaltı qurumu – separatçı Dnestryanının başçısı Vadim Krasnoselski BMT-yə müraciət edərək “humanitar fəlakətin” qarşısının alınmasında yardım istəyib.

Musavat.com xəbər verir ki, Rusiya mətbuatının geniş tirajladığı müraciətdə BMT Təhlükəsizlik Şurasının baş katibi və rəhbərindən yanacaq-energetika böhranına son qoymağa və Dnestryanıda “humanitar fəlakətin” qarşısını almağa kömək etməyi xahiş edib. Maraqlı təsadüfdür ki, eyni məktubu separatçıların başçısı Rusiya, Ukrayna, ABŞ, bir sıra Avropa İttifaqı ölkələrinin rəhbərlərinə, Avropa Komissiyasının sədrinə, həmçinin “5 plus 2” beynəlxalq formatının iştirakçılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə göndərilib.

“Qazprom” tərəfindən Moldovaya əsassız hesablanmış 706 milyon dollarlıq qazpulunu Kişinyova qaytartdırmağa çalışan Moskva Dnsetryanı sakinlərindən də Moldovaya təzyiq üçün istifadə etməyə çalışır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR