İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə 39 cərrahiyyə əməliyyatı keçirən qazimiz yurduna qayıdır-foto  

Vətən müharibəsi iştirakçısı, Yardımlı rayonunun Dağüzü kəndindən olan qazi İmanlı Vahid Taleh oğlu qardaş Türkiyədə üzün müddət müalicə olunduqdan sonra yurduna qayıdır.

Musavat.com bildirir ki, bu barədə şair, Yazıçılar Birliyinin üzvü İqbal Nəhmət sosial şəbəkədəki hesabında məlumat paylaşıb. Bildirilir ki, 39 dəfə əməliyyat olunan qazimizin müalicəsi sona çatıb. Qazimizin qarşılama mərasimi martın 18-i gündüz saat 12.00-da Yardımlı səhər mərkəzindəki Şəhidlər xiyabanında baş tutacaq. “Hamınızdan xahiş edirik ki, qəhrəman qazimizi coşquyla qarşılayaq”-şair yazıb.

Bildirib ki, İmanlı Vahid Taleh oğlu 2020-ci il sentyabrın 21-i könüllü olaraq Fizuli rayonuna döyüşə gedib, oktyabrın 26-sı Füzuli rayonunun Abdulrəhmanlı kəndində snayper gülləsindən yaralanıb. Ötən ilin 25 martında Yaşat Fondu tərəfindən Türkiyəyə müalicə olunmağa göndərilən qazimiz ağır əməliyyatlar keçirib.

Qazimiz Füzulinin, Xocəvəndin azad olunmasına görə, həmçinin “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR