İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə vətəndaşı Naxçıvanda tutularaq Özbəkistana təhvil verildi

Türkiyə vətəndaşı 01.01.1995-ci il təvəllüdlü Akdı Namik Kemalın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti təmin edilib.

Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş A.N.Kemal 2024-cü ilin oktyabr ayında Naxçıvan ərazisində müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR