İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Ukrayna xarici işlər nazirləri İstanbulda keçiriləcək görüşü müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı nazirlər Ukraynadakı son vəziyyəti müzakirə ediblər.

Bundan əlavə həmkarlar Rusiya ilə Ukrayna müzakirə heyətləri arasındakı növbəti görüşün İstanbulda keçirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, martın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı Rusiya və Ukrayna heyətlərinin növbəti görüşünün İstanbulda keçirilməsi ilə bağlı razılıq əldə edilib

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR