İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və BMT Rusiyaya taxıl müqaviləsi ilə bağlı təkliflər hazırlayacaq

Türkiyə və Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyaya taxıl müqaviləsi ilə bağlı təkliflər hazırlayır, lakin banklarla bağlı problemlər hələ də qalmaqdadır.

Musavat.com xəbər verir ki, bu barədə RİA Novosti danışıqlarda iştirak edən mənbəyə istinadən məlumat yayıb.

“BMT ilə təmasda tərəfimizdən bəzi təkliflər hazırlanır. Amma hər şey mükəmməl olmasa da, bank məsələləri ilə bağlı həll olunmamış problemlər var. Müzakirələr davam edir”, - deyə agentliyin mənbəsi bildirib.

Daha əvvəl Türkiyənin “Yeni Şafak” qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbəyə istinadən Rusiyanın iştirakı olmadan alternativ taxıl marşrutlarının təşkilinin irrasional olduğunu yazıb. Nəşrin məlumatına görə, taxıl marşrutu üzrə danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə olunub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR