İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Taxıl dəhlizi ilə bağlı yeni təklilər paketi hazırlayıb – Ərdoğan

Türkiyə Qara dəniz taxıl dəhlizinin yenidən işə salınması üçün bir təkliflər zərfi hazırlayıb.

Bu barədə Rusiyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan prezident Vladimir Putinlə görüşündən sonra açıqlama verib.

O, BMT ilə birlikdə hazırlanan təkliflərlə bağlı müsbət nəticə əldə ediləcəyinə ümidvar olduğunu bildirib: Biz Taxıl sazişinin bərpasə üçün bir təkliflər paketi hazırlamışıq və müsbət nəticənin əldə olunacağına ümid edirik. Bu barədə ikitərəfli görüşümüzdə dostumla(Putini nəzərdə tutur-red) səmimi şəkildə baxışlarımızı bölüşdük. Əminəm ki, yeni proses üzrə nəticə əldə etmək mümkündür. İnanıram ki, yaxın vaxtlarda biz Türkiyənin gözləntilərinə cavab verən həll yolu tapa biləcəyik”.

Putin isə öz növbəsində Taxıl sazişi üzrə müsbət addımların atılmasını mümkün hesab edib: bu şərtlər ki, Rusiyanın tələblərinə əməl olunsun.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR