İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsrullahın dəfni ilə bağlı SENSASİON İDDİA! Gizli şəkildə...

“Hizbullah” lideri Həsən Nəsrullah açıq dəfn mərasiminə şərait yaradılana qədər gizli şəkildə müvəqqəti bir yerdə dəfn edilib. 

Musavat.com xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb. 

Bildirilib ki, bu, mərasimin İsrail Hərbi Hava Qüvvələrinin hücumunun hədəfinə çevrilə biləcəyi qorxusu ilə əlaqələndirilir.

Livanın “Hizbullah” hərəkatındakı mənbə “Asharq al-Awsat” qəzetinə Həsən Nəsrullahın gizli şəkildə dəfn edildiyi iddiasını təkzib edib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, hələ də dəfn tarixi və yeri ilə bağlı qərar verilməyib.

Xatırladaq ki, İsrail sentyabrın 23-də Livanda “Hizbullah”a qarşı “Şimalın oxları” adlı hərbi əməliyyata başlayıb. Sentyabrın 27-də İsrailin endirdiyi zərbələr nəticəsində Beyrutda “Hizbullah”ın baş katibi Həsən Nəsrullah öldürülüb. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində quru əməliyyatına başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR