İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin elektromobillərinə əlavə rüsum qərarı təsdiqdən keçdi

Avropa İttifaqı ölkələri Avropa Komissiyasının (AK) Çin elektrik avtomobillərinə idxal rüsumlarının tətbiqi ilə bağlı qərarını dəstəkləyiblər.

Musavat.com xəbər verir ki, məlumatı Avropa Komissiyası yayıb.

Qeyd edilir ki, Çin elektromobillərinin idxalına əlavə rüsumların tətbiqinə dair yekun qərar qəbul edilib. Eyni zamanda Avropa Komissiyası öz bəyanatında qeyd edib ki, o, “bu problemin ÜTT çərçivəsində Çinlə həllini axtarmağa davam etmək” niyyətindədir.

“Agence France-Presse” (AFP) mənbələrinin məlumatına görə, 27 Aİ ölkəsindən yalnız 10-u Fransa və İtaliya da daxil olmaqla, Avropa Komissiyasının təşəbbüsünə səs verib. Pekinlə genişmiqyaslı ticarət müharibəsindən qorxan Almaniya, Macarıstan, Slovakiya, Sloveniya və Malta buna qarşı çıxıb, 12 ölkə isə bitərəf qalıb.

“Reuters” xəbər verir ki, tarifin təsdiqlənməsi xəbərindən sonra avropalı avtomobil istehsalçılarının səhmləri bir qədər artıb.

Avropa Komissiyası iyulun 4-də Çinin elektrik avtomobillərinə qarşı müvəqqəti rüsumlar tətbiq edib, onların müddəti avqustda uzadılıb.

Müxtəlif Çin şirkətləri üçün onların faktiki səviyyəsi 17 faizdən 36,3 faizə qədər dəyişir. Yalnız Çində istehsal olunan Amerikanın “Tesla” şirkətinin məhsulları üzrə Avropa Komissiyası rüsumları müstəsna olaraq 9 faizə endirib və Çin dərhal bu qərarı proteksionizm aktı kimi qiymətləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR