İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada özbək və tacik diasporlarının rəhbərlərinə cinayət işi açılıb

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə baş idarəsinin əməliyyatçıları qeyri-qanuni miqrasiya təşkil etməkdə şübhəli bilinən etnik diaspor liderlərini saxlayıblar.

Musavat.com 24kq saytına istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, bu ilin yanvar ayından Özbəkistan milli mərkəzinin sədri və tacik diasporunun sədr müavini əlavə təhsil mərkəzi ilə birlikdə pul mükafatı üçün xarici vətəndaşlara rus dili, tarix və Rusiya qanunvericiliyinin əsaslarını bilmək haqqında sertifikatlar verir və onlar daha sonra bu sənədləri Daxili İşlər Nazirliyinin miqrasiya orqanlarına təqdim edirlər.

Bildirilir ki, müvafiq sənədlər əldə edən əcnəbilərin əksəriyyəti əslində belə biliyə malik olmurlar və sertifikatların saxtalığı üzə çıxır. Bu cinayət əməllərinin əmək patentinin, eləcə də İrkutsk vilayətində yaşayış icazəsinin qeydiyyata alınmasına kömək etdiyi qeyd olunur.

“Əvvəllər müəyyən edilib ki, rus dilini bildiyini təsdiq edən sertifikata görə saxtakarlar hər şəxsdən 8 min rubla yaxın pul alıb və 1,5 milyon rubldan çox pul qazanıblar. Təqsirləndirilən şəxslərin ofisində və yaşayış ünvanlarında aparılan axtarışlar zamanı kompüterlər, fleş-kartlar, 1,7 milyon rubl, bank kartları, boş patronlar və sübut dəyəri olan sənədlər götürülüb”, - idarədən bildirilib.

İstintaq Komitəsinin regional şöbəsinin müstəntiqləri Rusiya Federasiyası CM-nin “Kommersiya rüşvətxorluğu”, “Qanunsuz fəaliyyətin təşkili” maddələri ilə cinayət işi başlayıblar. Təqsirləndirilən şəxslərdən biri barəsində həbs qətimkan tədbiri, ikincisi barəsində müəyyən hərəkətlərə qadağa qoyulması ilə bağlı qətimkan tədbiri seçilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR