İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft qiymətləri 150 dollara çatacaq, əgər...

İsrail İranın neft infrastrukturuna hücum edərsə, neft qiymətləri 20 dollar bahalaşa bilər.

Musavat.com xəbər verir ki, "Goldman Sachs Group" analitikləri bu fikirdədirlər.

"Goldman Sachs"ın qlobal əmtəə araşdırmalarının rəhbəri Daan Struyven CNBC-yə bildirib ki, İranın neft hasilatı uzun müddət ərzində gündə 1 milyon barel azalarsa, bu, gələn il neftin qiymətinin təxminən 20 dollar artmasına səbəb olacaq.

Bu proqnoz "OPEC+"un İranın hasilatın azaldılmasını kompensasiya etmək üçün müdaxilə etməyəcəyini nəzərdə tutur: "Bu baş verərsə, neftin qiyməti daha zəif, bir barel üçün 10 dollardan bir qədər az artacaq".

CNBC qeyd edir ki, Yaxın Şərqdə təxminən bir il davam edən münaqişə ərzində regiondan neft tədarükü faktiki olaraq təsirsiz qalıb. Lakin İranın İsrailə raket hücumundan sonra İsrail ordusunun İranın nüvə və ya neft infrastrukturuna hücumla cavab verə biləcəyi qorxusu kəskin şəkildə artıb. Müxtəlif hesablamalara görə, İran gündə 3,4 milyondan 4 milyon barelə qədər neft hasil edir.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, digər risk İranın dünya neft tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazından gəmilərin keçidinə mane olmasıdır.

BMI ("Fitch" qrupunun bir hissəsi) ekspertlərinə görə, tam miqyaslı müharibə vəziyyətində "Brent" kotirovkaları 100 dolları keçə, boğaz bağlanarsa, qiymətlər üçün 150 dollara qədər yüksələ bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR