İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Gürcüstan rəhbərliyi ilə görüşləri dayandırıb

Avropa İttifaqı qeyri-dost münasibətinə görə Gürcüstan rəhbərliyi ilə yüksək səviyyəli görüşləri dayandırmaq qərarına gəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski məlumat verib.

“Bu ilin iyununda, bir neçə ay əvvəl biz üzv ölkələrlə, fikrimizcə, Aİ-yə qarşı qeyri-dost münasibət bəsləyən Gürcüstan rəhbərliyinə münasibətimizin necə olacağı ilə bağlı müzakirə apardıq ki, rəsmi Tiflisin anti-Avropa və anti-Qərb açıqlama və təbliğatına, sui-qəsd nəzəriyyələrinə necə qalib gələ bilərik. Biz qərara gəldik ki, Gürcüstanın hazırkı rəhbərliyi ilə heç bir yüksək səviyyəli görüşümüz olmayacaq”, - Qerçinski bildirib.

Qeyd edək ki, Gürcüstanda xarici agentlər haqqında qalmaqallı qanunun Qərb ölkələrinin və yerli QHT-lərin bütün etirazlarına baxmayaraq qəbul edilməsi Aİ ilə Gürcüstanın münasibətlərini ciddi şəkildə zədələyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR