Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Zabit Nəbizadə efirdə əsəbiləşib.
Musavat.com olay-a istinadən bildirir ki, hadisə sənətkarın qonaq olduğu "Rəngarəng" verilişində yaşanıb.
Aparıcının "Meyxanaçı Balaəlinin verilişlərin birində muğam oxumasına münasibətiniz necədir?" sualı xanəndəni özündən çıxarıb.
Z.Nəbizadə meyxanaçının muğam ifa etməsinə sərt şəkildə reaksiya bildirib:
"Bəli, mən meyxanaçıların efirdə muğam oxumasına qəti şəkildə narazıyam. Musiqili meyxananı ilk dəfə Allah rəhmət eləsin Nizami Rəmzi deyib. Amma o mahnı oxumurdu. Meyxanaçı var ki, yalnız mahnı oxuyur və deyir ki, məni verilişə meyxanaçılarla deyil müğənnilərlə efirə çağır. O meyxanaçı hansısa bir muğamın şöbəsini oxuyub. Olub da hansısa bir efirdə. Mənə bu haqda dedilər, məndə cavab verdim ki, görməmişəm amma bu olub. Oxusunlar mən bir şey demirəm. Amma belə də olur ki, muğam oxuyana verilişlərdə deyirlər ki, mahnı oxu. Verilişini apar və bu mövzunu çox uzatma. Mən bunları qəbul etmirəm. Hərə getsin öz yükünü daşısın. Muğam oxuyan muğamı da, bəstəkar mahnıları da, hər bir şey oxuya bilir. Amma meyxana getsin meyxanasını desin, estrada ifaçısı isə getsin estrada mahnılarını oxusun. Onlar muğam oxuyanda balans pozulur. Bu mənim şəxsi fikrimdir".
Qeyd edək ki, meyxanaçılar Balaəli və Ruslan "Xəzər axşamı" verilişində muğam oxuyublar. Onların bu addımı isə həm cəmiyyət üzvləri həmdə sosial şəbəkə əhli tərəfindən birmənalı qarşılanmayıb.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ