Onlayn ictimai-siyasi qəzet
"Taliban" hərəkatının Rusiyada terror təşkilatları siyahısından çıxarılması barədə qərar artıq qəbul edilib, lakin belə bir qərarı hüquqi çərçivədə rəsmiləşdirmək lazımdır.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib.
"Rusiya rəhbərliyinin prinsipial qərarı qəbul edilib, lakin bu proses hüquqi çərçivədə həyata keçirilməlidir. Bu, hüquqşünasların, parlamentin işidir, prosesin qanunla müəyyən edilmiş qaydada başa çatdırılması lazımdır", - o, jurnalistlərə açıqlamasında bildirib.
Diplomat qərarın yaxın zamanda qüvvəyə minəcəyinə ümid etdiyini bildirib.
Bundan əlavə, Z.Kabulov Əfqanıstan üzrə Moskva formatında məsləhətləşmələri yüksək qiymətləndirib.
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ