Onlayn ictimai-siyasi qəzet
İsrail Müdafiə Qüvvələri (IDF) oktyabrın 3-də Beyrutun cənub ətraflarında “Hizbullah”ın mərkəzi kəşfiyyat qərargahına 73 ton sursat atıb.
Musavat.com xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Qeyd olunub ki, zərbələr İsrail tərəfindən öldürülən “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın varisi və yaxın qohumu Haşem Safiuddinin məhv edilməsi məqsədi ilə endirilib.
İsrail ordusunun nümayəndəsi Avihay Edri “Hizbullah”ın mərkəzi kəşfiyyat qərargahına dəqiq zərbə endirildiyini təsdiqləyib.
“The New York Times” (NYT) mənbələrə istinadən yazır ki, İsrail ordusu bir gün əvvəl Haşem Safiuddini məhv etmək üçün Livanda “Hizbullah”ın yeraltı bunkerinə zərbələr endirib.
Bildirilib ki, Beyrut ətrafında yerləşən bu bunkerdə hərəkatın yüksək rütbəli nümayəndələrinin görüşü keçirilib. Qəzet yazır ki, bu, vəziyyətin gərginləşməsindən bəri ən güclü hava hücumlarından biridir və Safiuddinin taleyi hələ də məlum deyil.
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ