İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə prezidenti: "BTQ-yə böyük əhəmiyyət veririk"


"Türkiyə olaraq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə böyük əhəmiyyət veririk".

Musavat.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında deyib.

Bundan başqa, o, bildirib ki, ölkəsi Asiya ilə Avropanı bir-birinə bağlayan müasir İpək Yolunu da dəstəkləyir.

"Xəzər dənizindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsi də bizim üçün vacibdir”, - deyə o, əlavə edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR