İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi”nin nəzdində olan komanda yeni baş məşqçiyə tapşırıldı

«Qaradağ Lökbatan»a yeni baş məşqçi təyin olunub.

Amit Quluzadə I Liqada mübarizə aparan komandanın sükanı arxasına gətirilib.

Qəsəbə təmsilçisi ötən mövsümün ilk dövrəsində II Liqa mənsubu «Füzuli»də debüt etmiş gənc mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.

«Neftçi» İdman Klubunun nəzdində fəaliyyət göstərən «Qaradağ» 2 ildən artıqdır sükan arxasında olan Azər Həşimovla dünən yolları ayırıb.

Buna səbəb komandanın yeni mövsümə pis başlamasıdır. Belə ki, çempionatın gümüş medalçısı ilk 3 turda məğlubiyyətləri sıralayıb.

«Qaradağ»ın «Karvan», «Qəbələ» və «Zaqatala»ya yenildiyini yada salaq. Bu, I Liqada ikinci belə hadisədir. Daha öncə Elgiz Kərəmli «Difai»ni tərk edib. (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR