Onlayn ictimai-siyasi qəzet
ABŞ Mərkəzi Bankının rəhbəri Cerom Pauelin dünənki çıxışından sonra dollar bir qədər bahalaşıb.
Birjalar Amerikada faizlərin daha böyük sürətlə endiriləcəyini gözləyirdi. Amma Pauelin açıqlaması bu gözləntiləri doğrultmadı.
Gözləntilər Amerikada faizlərin hər dəfə 70 faiz bəndi endirilməsi ilə bağlı idi. Paul isə açıqlamasında bu proqnozu təkzib etdi. O, ilin sonuna qədər hər dəfə 50 bənd olmaqla 2 dəfə faizləri endirəcəklərini bildirdi. Amerika mərkəzi bankının necə davranması iqtisadi göstəricilərdən asılı olacaq.
Bank rəsmisi əlavə edib ki, faizlərin endirilməsi prosesi müəyyən müddətə baş tutacaq və tələsməyə ehtiyac yoxdur. Pauelin bu açıqlamasından sonra dolların ucuzlaşmasına dair gözləntilər an azı bir müddət aradan qalxdı. Buna görə də dollar digər aparıcı valyutalara nəzərən bahalaşdı.
Qeyd edək ki, dolların ucuzlaşacağına dair yaranan gözlənti qızılı və nefti bahalaşdırmışdı. Bu açıqlamadan sonra qızılın və neftin qiymətində azalma qeydə alınıb./Sfera.az
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ