İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! İranda rəsmilərin olduğu tədbirə SİLAHLI HÜCUM - Ölənlər və yaralananlar var

Bu gün İranın Sistan və Bəluçistan əyalətinin Nikşəhr bölgəsində SEPAH və yarıhərbi radikal “Bəsic” qüvvələrinin üzvlərinə silahlı basqın törədilib.

Musavat.comAzad İrana istinadən xəbər verir ki, yerli məktəblərdən birində keçirilən tədbirə edilən silahlı hücum nəticəsində dörd nəfər qətlə yetirilib.

Öldürülənlər arasında Nikşəhr Şəhər Şurasının sədri Yusif Şirani, SEPAH komandiri Pərviz Kədxodayi, eləcə də “Bəsic” üzvlərindən Mocib Bəluçi və Seyid Cavad Sadati olub.

Basqın zamanı bir neçə nəfərin də yaralandığı bildirilib. Hələlik silahlı hücumun hansı qruplaşma tərəfindən edildiyi bəlli deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR