Onlayn ictimai-siyasi qəzet
“Ermənistanda vəzifəli şəxslər büdcə vəsaitlərini israf edir”.
Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı Artur Xaçatryan deyib.
Onun sözlərinə görə, Gümrüdən “fəlakət zonası” etiketi götürülməlidir. Deputat vurğulayıb ki, bu məqsədlə hökumət dövlət borcunu 1 milyard dram artırmaq qərarına gəlib.
“Əgər vəsait yoxdursa, təbii ki, borc almaq olar. Bununla belə, iyulun 11-də Ermənistan hökuməti 49 elektromobilin alınmasına 1 milyard 38 milyon dram xərcləyib. Başqa sözlə, əvvəllər şəxsi sürücüsü olan məmurlara qarşı çıxan bu siyasi qüvvə indi Gümrüdə şəhərsalma layihələrinin həyata keçirilməsi üçün kredit götürdüyü qədər avtomobillərə və şəxsi sürücülərə xərcləyir”, - deyə Xaçatryan bildirib.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ