İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya Kimə XƏBƏRDARLIQ ETDİ 

“KXDR-in nüvə silahından istifadə etməsi onun “rejiminin sonu”na gətirib çıxaracaq”.

Musavat.com xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yun Sok Yol Sonnam Silahlı Qüvvələr Günü münasibətilə keçirilən mərasimdə deyib.

“Şimali Koreya nüvə silahından istifadə etməyə cəhd edərsə, ordumuz və Koreya Respublikası-ABŞ ittifaqı tərəfindən böyük və qətiyyətli cavab veriləcək. Həmin gün Şimali Koreya rejiminin sonu olacaq. Şimali Koreya rejimi nüvə silahlarının onu qoruduğu illüziyasından qurtulmalıdır”, - deyə prezident bildirib.

Sonnam Cənubi Koreya, ABŞ və Yaponiya arasında üçtərəfli əməkdaşlığı gücləndirəcəyini deyib.

Prezidentin sözlərinə görə, oktyabrın 1-dən rəsmən fəaliyyətə başlayan Koreya Respublikası Strateji Komandanlığı ölkəni KXDR-in “nüvə təhlükəsi və digər kütləvi qırğın silahlarından” qoruyan əsas bölməyə çevriləcək. Yeni qurum “Hunmu” ballistik raketləri, F-35 döyüş təyyarələri və ballistik raket sualtı qayıqları kimi silah sistemlərinə cavabdeh olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR