Onlayn ictimai-siyasi qəzet
Paytaxtın Yasamal rayonunun İsmayıl Talıblı küçəsini qurd basıb.
Sakinlərin sözlərinə görə, qurdlar hətta evlərin içərisinə də daxil olub.
"Yavaş-yavaş başladı. Ağacın ucundan yeyə-yeyə gəldi. Ağacı tam yeyib qurtardı, indi də bizi yeməyə keçib. Qala bilmirik, ətimiz ürpəşir. Paltar asırıq, götürəndə üstü bütün qurd olur. Nə qədər çırpırıq, düşmür. Hara zəng vururuq, deyirlər ki, bizlik deyil", - deyə şikayətçi narazılığını dilə gətirib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, ağaclar üçün ziyanlı olan Amerika kəpənəyi ilə mübarizə tədbirləri həyata keçirilir. Yasamal rayonunun İsmayıl Talıblı küçəsinə də əməkdaşlar cəlb olunublar, problemin aradan qaldırılması istiqamətində işlər görülür.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ