İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə parlamenti İsraillə bağlı qətnamə QƏBUL ETDİ

Türkiyə Böyük Millət Məclisi İsrailin Suriyaya, o cümlədən Dəməşqə qarşı həyata keçirdiyi hücumları kəskin şəkildə qınayan və Suriya xalqına dəstəyini ifadə edən qətnamə qəbul edib.

Musavat.com xəbər verir ki, sənəddə deyilir:

"İsrailin Suriyaya, o cümlədən Dəməşqə qarşı həyata keçirdiyi hücumlar ən sərt şəkildə qınayırıq. Suriya xalqına dəstəyimizi bir daha bəyan edirik".

Qətnamədə bildirilir ki, İsrail BMT Nizamnaməsini və beynəlxalq hüquq normalarını pozaraq Suriyanın ərazi bütövlüyünə təcavüz edir.

"Bu yeni təcavüz aktlarının məqsədi İsrailin Fələstin xalqına qarşı törətdiyi soyqırımdan diqqəti yayındırmaq, Suriya və bütün regionda sabitliyi pozmaqdır. Beynəlxalq ictimaiyyətin susqunluğu bu cür qanunsuz və təhlükəli hərəkətlərə təkan verir", – deyə sənəddə vurğulanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR