İnsanlara hürriyət, millətlərə istiqlal!

“Turkish Airlines”ın təyyarəsi Bakı aeroportuna geri qayıtdı

“Turkish Airlines” aviaşirkətinin THY-333 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına - Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.

Musavat.com xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aviaşirkətin “Boeing 737” təyyarəsi yerli vaxtı ilə saat 13:00-da Bakı hava limanına uğurla eniş edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR