İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türk xalqları tarix qarşısında yeni imtahan verməyə hazır olmalıdır" - Hikmət Babaoğlu

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən etdiyi çıxış tarixi çıxışdır".

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər İsmayıl bəy Qaspıralının, Əli Bəy Hüseynzadənin, Ziya Gök Alpın və ictimai fikir tariximizin digər nəhənglərinin arzu və ideyalarının ümumiləşdirilmiş konseptual formasıdır:

"Türk dünyasının böyük birliyinin və gələcəyinin mühüm ideoloji-siyasi və strateji təməlini təşkil edən tezislər və çağırışlardır. Yüz illərdir əcdadlarımızn xəyal etdiyi, görmək istədiyi Türk dünyası gələcəyinin real geostrateji platformaya daşınmasıdır. Bu böyük tarix yazmağa qərar vermiş böyük tarixi şəxsiyyətin və hərbi-siyasi strateqin qətiyyəti və cəsarətidir".

Deputat vurğulayıb ki, türk xalqları tarix qarşısında yeni və şanlı bir imtahan verməyə hazır olmalıdır:

"Prezident İlham Əliyevin hər sözünün, hər kəlməsinin arxasında 300 milyonluq türk dünyası dayanıb".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR