Onlayn ictimai-siyasi qəzet
Türkiyəli yutuber Onur Naci Öztürkler ötən gün baş tutan "Qarabağ"- "Kopenhagen" oyunu barədə TRT-nin əməkdaşlarını sərt tənqid edib.
Bu barədə o, sosial media hesabında video çəkərək paylaşım edib.
Belə ki, yutuber Qarabağın oyununu şərh edən TRT kanalının şərhçilərini oyunu zəif şərh etdikləri üçün tənqid edib.
"Azərbaycanda "Qalatasaray"ın, "Beşiktaş"ın oyunları yayımlanan zaman spikerlər bizim klublarımız qol buraxanda pis olur, rəqib komandanın hücumunu sakit şəkildə şərh edirlər. Bizim qollarımıza isə öz qolları qədər sevinirlər. Amma "Benfika" "Qarabağ"a qol vuranda bizim spikerlər qışqıraraq, həyəcanlanaraq şərh etdilər. "Kopenhagen"in hücumunu həyəcanla şərh edirlər. O insanların ölkələrində sizin klubların oyunlarını şərh etməsinə baxmısınız? Bu nə hörmətsizlikdir?" - Öztürklər bildirib./Milli.az/
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ