İnsanlara hürriyət, millətlərə istiqlal!

Tretyakov qalereyasında araşdırma aparılacaq

Rusiyanın əsas muzeylərindən biri olan Moskvadakı Tretyakov qalereyasına Mədəniyyət Nazirliyindən məktub daxil olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, həmin məktubda “qalereyadan sərgilənən rəsmlərin mənəvi-əxlaqi dəyərlərə uyğunlaşdırılması məsələsi ilə bağlı” hesabat verilməsi tələb olunub.

Məktubu Mədəniyyət Nazirliyinin Muzeylər və xarici əlaqələr şöbəsinin müavini Natalya Çeçel imzalayıb. Muzeyə fevralın 6-dək cavab vermək tapşırılıb.

Yoxlamaya səbəb Sergey Şadrin adlı bir muzey ziyarətçisinin Mədəniyyət Nazirliyinə şikayəti olub. Şadrin hesab edir ki, Tretyakov qalereyasının ekspozisiyası Rusiya prezidentinin 9 noyabr 2022-ci il tarixli fərmanında müəyyən edilmiş “ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinin qorunması və möhkəmləndirilməsi” dövlət siyasətinə ziddir. Tamaşaçı muzeydə “dağıdıcı ideologiya əlamətləri olan” əsərlər tapıb və bu da onda mənfi hisslər oyadıb. Sergey Şadrinin fikrincə, 20-ci əsrin ikinci yarısının rəssamlarında “dəfn səhnələri”, “əyyaşlıq” və “volyuntarist interpretasiya” elementləri önə çıxır.

Şadrin 13 hissədən ibarət “Son şam yeməyi” əsərinə diqqət çəkib. Onun sözlərinə görə, bu rəsmlərdə İudanın kim olduğu bilinmir.

Qeyd edək ki, söhbət məşhur rus rəssamı Natalya Nesterovanın “Son şam yeməyi” əsərindən gedir.

WhatsApp Image 2023-01-31 at 13.41.30.jpeg (115 KB)

Bundan başqa, heykəltəraş Aleksandr Burqanovun “Pieta” (Məsihin yası) heykəli də Sergey Şadrinin xoşuna gəlməyib. Sən demə, burada Müqəddəs Məryəm qeyri-mütənasib formada təsvir olunub.

WhatsApp Image 2023-01-31 at 13.43.11.jpeg (15 KB)

Muzey əməkdaşı “The Moscow Times”ın jurnalistlərinə gərgin vəziyyətdə olduqlarını söyləyib: “Biz burada “zəhmətkeş məktubları”, “onlara verilən rəsmi rekasiya” kimi tipik sovet təfəkkürü ilə qarşılaşırıq”, - deyə o qeyd edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 2022-ci il noyabrın 9-da “Ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinin qorunması və möhkəmləndirilməsi üzrə dövlət siyasətinin əsaslarının təsdiq edilməsi haqqında” fərman imzalayıb. Buradakı “ənənəvi dəyərlər”ə “vətənpərvərlik”, “yüksək mənəvi ideallar”, “möhkəm ailə”, “quruculuq” və “mənəviyyatın maddiyyatdan üstün olması” kimi meyarlar daxil edilib. Fərmanda ABŞ və digər dost olmayan ölkələrin fəaliyyətləri nəticəsində Rusiyada “əkilən dağıdıcı ideologiyalar”la mübarizənin zəruriliyi vurğulanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR