İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Putini və Zelenskini qarşılama tərzi müqayisə olundu

Musavat.com xəbər verir ki, ABŞ telekanalı NBC Alyaskada keçirilən sammitdə prezident Donald Trampın Rusiya lideri Vladimir Putini qarşılama tərzi ilə bağlı diqqətçəkən müşahidələr yayıb.

Telekanal qeyd edib ki, Tramp Putini “isti” qarşılayıb, onunla səmimi salamlaşıb və danışıqlara müsbət atmosfer yaradıb. Lakin bu münasibət, ötən qış Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirilən görüşdə yaşanan mübahisə ilə kəskin ziddiyyət təşkil edir.

Xatırladaq ki, həmin görüş zamanı Tramp və vitse-prezident Cey Di Vens, Zelenskini lazımi hörmət göstərmədiyinə görə sərt tənqid etmişdilər. ABŞ mediası hesab edir ki, bu iki fərqli yanaşma Trampın diplomatiyasında prioritetlərin dəyişdiyini göstərir.

 

Musavat.com

9c474d59-83f0-4d7d-9391-7db3abcdcd90.jpeg (24 KB)

Screenshot_1.png (424 KB)

photo_2025-08-16_00-12-47.jpg (69 KB)

7877c04d-dec2-4fdb-8470-2ad46f732987.jpeg (84 KB)

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR