İnsanlara hürriyət, millətlərə istiqlal!

Adnan Əhmədzadənin neft oyunu- Saxta sertifikatlar, fırıldaq sxemi…Şok faktlar  

2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar Qərbin bu ölkəyə tətbiq etdiyi sanksiyalar Adnan Əhmədzadə və partnyorlarına əlverişli qapılar açıb.

Bu barədə məlumat Musavat.com tərəfindən təqdim olunan analitik yazıda qeyd olunub.

Yazıda bildirilir ki, bir müddət İran nefti sayəsində böyük təcrübə toplamış Adnan Əhmədzadə bu dəfə fəaliyyətini daha da genişləndirərək saxta sertifikatlarla Rusiya neftini Avropa bazarına satmağa başlayıb:

 “O, bu proseslərdə Rusiya neft konqlomeratları ilə sıx əlaqələrdə olub. Ofşor zonalarda təsis etdiyi şirkətlərlə unikal fırıldaq sxemlərdən istifadə edib. “SOCAR Trading Geneva”dan ayrıldıqdan sonra 2018-ci ildə “Caspian Logistics Solutions” (CLS) şirkətini təsis edərək Rusiya neftini saxta sertifikatlardan istifadə etməklə tədarük edib. Şirkətin tərəfdaşları arasında Rusiya neftinin həm gizli, həm də aşkar daşıyıcıları çoxdur. Dörd il ərzində bu tərəfdaşlar gizli neft satışlarından 1 milyard dollar xalis mənfəət əldə ediblər. Təsis etdiyi “Alkagesta” Rusiya neftinin türkmən mənşəli olduğunu gizlətmək üçün saxta sənədlərdən istifadə, o cümlədən Liviya sənədlərindən istifadə edilməklə Türkiyəyə göndərilən yüklərdə də ittiham olunur. O, Maltanın ən böyük neft bunkerləri ilə sövdələşmələrlə Birzebbuġadakı neft terminalından Rusiya neftinin Rusiya “kölgə donanması” ilə daşınması üçün davamlı satışlar aparıb, Liviyadan alınan neftin ticarətində iştirak edib ki, həmin xammalın müxtəlif kriminal və silahlı qruplara aid olması ehtimalları çox yüksəkdir”. 

Ətraflı linkdə

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR