İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedev yenə Trampı ələ saldı: Qaranlıq otaqda...

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın “Rusiya sahillərinə iki atom sualtı qayığı göndərməsi” barədə sözlərini istehzalı şəkildə şərh edib.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bununla, Medvedev avqustda dayandırdığı Tramp ilə polemikasına yenidən qayıdıb.

O, X sosial şəbəkəsində yazıb:“‘X-də paylaşımlar üçün atom sualtı qayıqları’ adlı trilərin yeni epizodu. Tramp yenidən guya ‘Rusiya sahillərinə göndərdiyi’ sualtı qayıqlardan danışır və onların ‘çox yaxşı gizlədildiyini’ deyir. Deyildiyi kimi, qaranlıq otaqda qara pişik tapmaq çətindir, xüsu.sən də orada yoxdursa....”.

Qeyd edək ki, ABŞ lideri bir gün öncə Pentaqonda çıxışı zamanı Rusiyanın ABŞ-a “bir qədər təhdid etdiyini”, buna cavab olaraq isə “bir-iki sualtı qayığı Rusiya sahillərinə göndərdiyini” bildirib. O, Medvedevə “axmaq adam” da deyib.

Tramp ilk dəfə 2 avqustda iki atom sualtı qayığını Rusiya sahillərinə göndərdiyini elan edib. Bu bəyanat iyulun sonunda başlayan qarşılıqlı ittihamların davamı olub. Tramp o vaxt Medvedevə “müflis olmuş keçmiş prezident” deyərək onu təhlükəli bəyanatlarda suçlayıb. Medvedev cavabında ABŞ liderinin əsəbiləşməsini “Rusiyanın haqlı olduğunun göstəricisi” adlandırmış, həmçinin Trampın “ölü iqtisadiyyat” sözlərini “The Walking Dead” serialına bənzətmişdi.

Medvedevin Trampı yenidən hədəfə alması ABŞ administrasiyasının Rusiyaya qarşı mövqeyindəki sərtləşmə fonunda baş verir. Sentyabrda Tramp “Ukrayna itirilmiş əraziləri geri qaytara bilər” deyib. Eyni zamanda, Vaşinqtonun Kiyevin “Tomahawk” qanadlı raketlərinin verilməsi barədə müraciətini araşdırdığı məlum olub. Bu raketlər Rusiyanın 60-dan çox bölgəsini vura bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR