İnsanlara hürriyət, millətlərə istiqlal!

Los-Ancelesdə ermənilərə ŞOK

ABŞ federal hakimiyyəti San-Fernando vadisində fəaliyyət göstərən küçə dəstələrinin 5 üzvü və onların əlaqəlilərinin saxlanıldığını açıqlayıb. Onlar erməni kriminal qulduruna qarşı sifarişli qətl planında şübhəli bilinir.

Musavat.com xəbər verir ki, bu barədə “Fox 11” məlumat yayıb.

Bundan başqa, ayrıca iş üzrə 49 yaşlı Xose de Xesus Qonsales-kiçik (“Listo” ləqəbli) də həbs edilib. O, San-Bernardino dairəsinin Llyano icmasındandır və 2023-cü ilin avqustunda Vaqan Arutyunyana qarşı həyata keçirilən sui-qəsddə iştiraka görə ittiham olunur. Arutyunyan hazırda adam oğurluğunda təqsirləndirilərək federal məhkəmədə mühakimə olunur.

Rəsmilərin məlumatına görə, saxlanılan şəxslər “Vanoon Street Locos” və “Elmwood Rifa 13” dəstələrinin üzvləri və tərəfdaşlarıdır. Axtarış zamanı 5 ədəd odlu silah, səsboğucu, silah ehtiyat hissələri və 1000-dən çox patron ələ keçirilib.

Dörd əsas şübhəliyə ştatlararası ticarət obyektlərindən istifadə etməklə sifarişli qətl törətmək ittihamı irəli sürülüb. Qonsales isə RICO kimi tanınan “Reket və korrupsiyalaşmış təşkilatlar haqqında qanunu” pozmaq məqsədilə sui-qəsd ittihamı ilə üzləşib.

Məhkəmə materiallarına əsasən, erməni mənşəli mütəşəkkil cinayətkarlıq ABŞ-da Los-Ancelesi öz əməliyyat mərkəzi hesab edir və rus, həmçinin meksika mafiyaları ilə əlaqələr saxlayır. Rəsmilər bildiriblər ki, 2022-ci ildən qruplaşma daxilində iki yerli kriminal avtoritet arasında hakimiyyət uğrunda mübarizə davam edir.

ABŞ Ədliyyə Nazirliyi 47 yaşlı Hollivud sakini Robert Amiyanı liderlərdən biri kimi tanıyıb. Məlumata görə, o, 41 yaşlı “Porter Ranch” lideri Ara Artuninin sui-qəsdinə məruz qalıb. Hər iki şəxs federal həbsxanadadır. Amiyanın məhkəməsi 2025-ci ilin dekabrında, Artuninin məhkəməsi isə 2026-cı ilin avqustunda başlanacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR