İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Sabah Əliyevlə Paşinyan GÖRÜŞƏ bilər: Gözlər bu şəhərdə - CANLI

Bu həftə Danimarkanın paytaxtı Kopenhagendə Avropa Siyasi Birliyinin (ASB) yeddinci toplantısı keçiriləcək. Modern.az-ın məlumatına görə, sammitdə 50-yə yaxın ölkənin liderinin iştirak edəcəyi gözlənilir.

Görüşün əsas gündəmi Avropanın ümumi təhlükəsizlik vəziyyəti, Ukraynaya dəstəyin davam etdirilməsi və qitənin yeni geosiyasi reallıqlarda daha güclü və təhlükəsiz olması yollarının müzakirəsi olacaq.

Toplantının plenar iclasından sonra liderlər üç mövzu üzrə ayrı-ayrı dəyirmi masalarda müzakirələr aparacaqlar: ənənəvi və hibrid təhdidlər, iqtisadi təhlükəsizlik və miqrasiya.

Sammitə Avropa İttifaqını Aİ Şurasının Prezidenti Antonio Kosta təmsil edəcək və o, Danimarkanın Baş naziri Mette Frederiksenlə birgə iclaslara sədrlik edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da dəvət edilən liderlər siyahısındadır. Onların iştirakı fonunda Cənubi Qafqazdakı vəziyyətin müzakirələrinə də yer veriləcəyi gözlənilir.

Toplantıdan öncə isə Avropa İttifaqının 27 üzv ölkəsinin liderləri Kopenhagendə qeyri-rəsmi sammitə toplaşacaq. Burada əsas diqqət Avropa müdafiə təşəbbüslərinə – o cümlədən “Dron Divarı”, “Hava Hücumundan Müdafiə Qalxanı” kimi layihələrə və Ukraynaya uzunmüddətli maliyyə dəstəyinə yönələcək.

Avropa Siyasi Birliyinin sammitinə Böyük Britaniya, Türkiyə, Qərbi Balkanlar və Qafqaz ölkələrinin liderləri də qatılacaq.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçiriləcək sammitində iştirak edəcək.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı və AMİP liderinin köməkçisi Əli Orucovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR