Onlayn ictimai-siyasi qəzet
Trampın müşaviri Hindistanı Ukraynaya qarşı müharibəni maliyyələşdirməkdə ittiham edib.
ABŞ prezidenti Donald Trampın müşaviri Stiven Miller Hindistanı Rusiya neftini almaqla Ukraynaya qarşı müharibəni dolayı yolla maliyyələşdirməkdə ittiham edib.
Stiven Millerin sözlərinə görə:
“Tramp çox açıq şəkildə bildirib ki, Hindistan üçün Rusiya neftini almaqla bu müharibəni maliyyələşdirməyə davam etmək yolverilməzdir. İnsanlar şok olacaq – Hindistan Rusiya neftini demək olar ki, Çinlə eyni həcmdə alır. Bu, heyrətamiz faktdır.”
Millerin bu açıqlamaları Vaşinqtonda Hindistanın Rusiya ilə enerji əməkdaşlığının Qərb tərəfindən daha çox təzyiqə məruz qalacağının siqnalı kimi qiymətləndirilir.
Musavat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ