İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada əri hərbi əməliyyatda ölən qadınına qarşı təzyiq

Leninqrad vilayətində “Xüsusi Hərbi Əməliyyat” (SVO) iştirakçısının dul qadınına qarşı təzyiq...

Musavat.com xəbər verir ki, Rusiyanın Leninqrad vilayətinin Sosnovı Bor şəhərində yaşayan Olqa Şuşakova həyat yoldaşının qəbrinin vəziyyəti və memorial stendin keyfiyyəti ilə bağlı şikayətlərinə görə polisə çağırılıb.

Məlumata görə, Şuşakova dəfələrlə vilayətin qubernatoru Aleksandr Drozdenkonun “Telegram” paylaşımlarında ərinin dəfn olunduğu Voronka-2 qəbiristanlığının bərbad vəziyyətdə olduğunu yazıb. O, həmçinin vəd edilən xatirə lövhələrinin hələ də quraşdırılmadığını bildirib.

Qadının sözlərinə görə, Sosnovı Bor administrasiyasında gördüyü memorial stend də narazılıq doğurub. O, stendi “bərbad” adlandıraraq orada əslində həlak olmuş “Xüsusi Hərbi Əməliyyat”çıların daha azının adının qeyd edildiyini vurğulayıb.

Şuşakovanın həyat yoldaşı Aleksandr Pronin yanvarda hərbi müqavilə bağlayaraq cəbhəyə yollanıb və mart ayında hücum dəstəsində həlak olub.

Şikayətlərdən sonra Sosnovı Bor administrasiyası rəhbərinin müavini Andrey Raxmatov polisə müraciət edərək qadının “SVO iştirakçılarının xatirəsini təhqir etməsi” və “dövlət sirrini açıqlaması” ilə bağlı tədbir görülməsini istəyib. Şuşakova bildirib ki, artıq evinə polis əməkdaşı gəlib və izahat vermək üçün şöbəyə dəvət edilib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR