İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tramp uduzsa, ABŞ-ı vətəndaş müharibəsi gözləyir” iddiası - rəylər

ABŞ prezidenti Co Bayden Donald Trampın noyabrda keçiriləcək prezident seçkisində uduzacağı təqdirdə hakimiyyətin dinc yolla dəyişəcəyinə inanmadığını bildirib. Bu barədə o, Bayden “CBS Nyus”a müsahibəsində deyib.

Bayden bildirib ki, Tramp uduzsa, ciddi mübarizə aparacaq: “O, dediyini tam olaraq nəzərdə tutur. Biz onu ciddi qəbul etmirik. Lakin o, uduzduğu təqdirdə qanlı qarşıdurma haqqında sözlərində ciddidir”.

Amerika lideri həmçinin xəbərdarlıq edib ki, Tramp 2020-ci ildə olduğu kimi, noyabrda da seçki nəticələrinə yenidən etiraz etməyə hazırlaşır.

Xatırladaq ki, Tramp təxminən 4 il öncə, ikinci müddət prezidentlik üçün seçkini uduzandan az sonra (2021-ci il 6 yanvar) onun tərəfdarları Konqres binasına hücum etmiş, dağıntılar törətmiş və prezident seçkisinin nəticələrinin təsdiqlənməsinə mane olmağa çalışmışdılar. Rəsmi məlumata görə, qarışıqlıqlar zamanı 5 nəfər həlak olub.

Trampın özü isə ABŞ tarixində ilk prezidentdir ki, qalib namizədi - Co Baydeni təbrik etməyib. Bəs Baydenin xəbərdarlığı nə dərəcədə əsaslıdır? Məğlub yenə də qalibin əlini sıxmayacaq?

Prezidentliyə namizəd Fuad Əliyev: “Əsas məqsədimiz...” Yeni Sabah

Fuad Əliyev 

Siyasi ekspert Fuad Əliyev ABŞ-dakı bu seçkilərin daha maraqlı olacağını qeyd etdi: “Öncəliklə, Baydenin bu sözləri nə zaman dediyinə baxmaq lazımdır. Kamala Harris rəsmi olaraq prezidentliyə namizəddir və artıq neçə gündür ki, Bayden görünmür. Mətbuatda onu tapa bilmirlər. Digər tərəfdən, nəzərə alsaq ki, yaş baxımından onun qeyri-adi hərəkətləri, məlum olmayan sözləri, fikirlər səsləndirməsi ortalıqda idi, o zaman bu fikirlərin ona məxsus olmaması barədə qənaətə gəlmək olar. O ki qaldı Trampa, onun qalib gələcəyini düşünürəm. Tramp bu dəfə qələbə çalacaq. 2021-ci ildə Konqresə edilən hücumu onun ayağına yazmaq olmaz. Tərəfdarları hücum edə bilərlər, amma bunu onun təşkil etdiyini demək mümkün deyil. İndiki Tramp başqa bir Trampdır. Son bir ildəki Tramp tamam fərqlidir. Daha sanballı, öz fikirlərini korrektə edən fikirlər səsləndirir. Onun vitse-prezidentliyə namizəd olan şəxsi də çox uyğundur. Gələcəyin demək olar ki, Amerika prezidentidir. Hesab edirəm ki, bu seçim Tramp komandası üçün çox uğurludur. Bu gün Trampın prezident seçilməsinə yol açan çox məqamlar var. İstənilən halda Kamala Harrisin qələbə çalacağına inanmıram. Çünki o da Baydendən çox fərqlənmir. Çıxışlarında bir çox suallara cavab verməkdən çəkinir, bəzən gülməyə başlayır. Psixoloqlar bunu başqa bir xəstəliklə əlaqələndirirlər. Bu da istənilən halda Demokratların öz seçimidir. Hər halda, bu dəfə çox maraqlı seçkilər olacaq. Qənaətim isə yuxarıda dediyim kimi, odur ki, Tramp qalib gələcək. Amma əgər uduzsa belə inanmıram ki, 2021-ci ildəki hadisələr təkrarlanacaq”.  

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva Rusiyanın Amerikadakı seçkilərə müdaxilə imkanlarını daha real sayır: “ABŞ-da bu vaxta qədər mübahisəli, politik müstəvidə qarşıdurmalı, hətta iğtişaşlı seçkilər baş verib. Amma bu vaxta qədər onların heç biri vətəndaş müharibəsi ilə nəticələnməyib. Çünki ABŞ ictimaiyyəti kifayət qədər ali dövlətçilik şüuruna malikdir. Milliyyətindən asılı olmayaraq, hər kəs özünü amerikalı sayır. Hətta bundan əvvəlki seçkilərdən sonra Tramp tərəfdarları Kapitoli binasına hücum çəkmişdilər. Amma məsələ qısa zamanda dinc müstəvidə həllini tapdı. Co Bayden son açıqlaması ilə ortalığı bir qədər də qızışdırmağa çalışır. O, son müsahibəsində təkcə Trampa yox, öz partiyasına da qəzəbini ifadə etdi. Görünür, ağlını itirmiş qoca siyasətçi seçkilərdə onun Harrislə əvəzlənməsini həzm edə bilmir. Üstəlik, Kapitoli hadisələrindən sonra Tramp belə bir yola əl atmaz. Üstəlik, ona qarşı sui-qəsddən sonra üstünlük keçmiş prezidentin tərəfindədir. Görünən odur ki, Co Bayden bununla keçmiş rəqibinə qarşı "sui-qəsd" işini ört-basdır etmək istəyir. Düşünürəm ki, ABŞ bu seçkilərdə də vətəndaş savaşından uzaq qalacaq. Rusiyanın seçkilərə müdaxiləsi daha realdır, nəinki Birləşmiş Ştatlarda iç savaşın baş verməsi..."

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR