İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Rusiya ilə əlaqələri ilə bağlı fərziyyələri rədd edir

Respublikaçılar partiyasından ABŞ prezidentliyə namizəd Donald Tramp “Şimal axını 2” qaz kəmərinin tikintisinə mane olduğunu bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu yolla o, demokratların onu Rusiya ilə əlaqədə olmaqda ittiham etmək cəhdlərinə cavab verib.

“Bildiyiniz kimi, mən “Şimal axını 2”-ni məhv etdim. Deməyi xoşlayırlar ki, mən Rusiyanın dostuyam, Rusiyaya işləmişəm, rus casusuyam. Bu insanlar xəstədirlər. Rusiyanın ən mühüm vəzifəsi “Şimal axını 2”-nin tikintisi idi. Bu, Rusiyadan Almaniyaya gedən dünyanın ən böyük qaz kəməridir”, - o, amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.

Söhbət Arizona ştatının Qlendane şəhərində tamaşaçılar qarşısında baş tutub.

Bununla belə, opponentləri Trampın Putinin və Rusiyanın xeyrinə olan onlarla açıqlamasını sitat gətirirlər.

Ayrıca bənzər ittihamlar jurnalist Taker Karlsonun da ünvanına səslənir. Onun bu ilin fevralında Rusiya prezidenti Vladimir Putindən götürdüyü müsahibə qalmaqal törətmişdi və Putinin piarı kimi qiymətləndirilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR