İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Rusiya gəmilərinin ABŞ limanlarına girişinə icazə vermədi

ABŞ prezidenti Donald Tramp Rusiya bayrağı altında üzən və ya başqa şəkildə Rusiya Federasiyası ilə əlaqəli olan gəmilərin ABŞ limanlarına qəbuluna qoyulan qadağanın müddətini daha bir il uzadıb.

Musavat.com xəbər verir ki, məlumat Ağ Evin ABŞ Federal Reyestrində yerləşdirilmiş sənəddə əksini tapır.

Trampın imzaladığı sənəddə Rusiya Federasiyasına münasibətdə milli fövqəladə vəziyyət rejimini və Rusiyaya aid gəmilərin Birləşmiş Ştatların limanlarında yanalmasını və hərəkətini tənzimləmək üçün 10371 saylı Bəyannamədə təsbit olunmuş fövqəladə hallar səlahiyyətlərinin bir il müddətinə uzadıldığı qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR