Onlayn ictimai-siyasi qəzet
Cənubi Koreyanın LG Energy Solution şirkəti ABŞ-a işgüzar səfərdə olan işçilərini dərhal Koreyaya qayıtmağa və ya indiki yaşayış yerlərini tərk etməməyə çağırıb.
Musavat.com xəbər verir ki, məlumatı Yonhap xəbər agentliyi yayıb. Bildirilir ki, qərara səbəb şirkətin ABŞ-ın Corciya ştatında tikilməkdə olan Hyundai zavodunda yüzlərlə koreyalı işçinin saxlanmasıdır.
Qeyd edək ki, dünən ABŞ-ın Corciya Cənub Dairəsi üzrə Prokurorluğu bildirib ki, ştatda Hyundai akkumulyator zavodunun tikintisində keçirilən reyd zamanı azı 475 nəfər saxlanılıb. Daha sonra Cənubi Koreyanın xarici işlər naziri Ço Tae Yeol bildirib ki, saxlanılanların 300-dən çoxu Cənubi Koreya vətəndaşıdır.
Musavat.com
07 Sentyabr 2025
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ