İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo İrəvanda tarixi dubla imza atdı: Portuqaliya Ermənistanı darmadağın etdi - VİDEO

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində İrəvandakı “Respublika” stadionunda Ermənistan millisi ilə Portuqaliya yığması qarşılaşıb.

Musavat.com xəbər verir ki, Ermənistan–Portuqaliya matçında qonaqlar 5:0 hesabı ilə öndədirlər. 

İkinci hissənin əvvəlində Kriştiano Ronaldo dubla imza ataraq millinin heyətində 140-cı qolunu vurub. 

Qeyd edək ki, Ronaldo ilk qolunu matçın 21-ci dəqiqəsində vurub. Portuqaliya millisinin heyətində həmçinin “Əl-Nasr”ın hücumçusu Joau Feliks və “Əl-Hilal”ın müdafiəçisi Joau Kanselu fərqləniblər.

Matçın ikinci yarısı davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2025

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR