İnsanlara hürriyət, millətlərə istiqlal!

Günorta yatmağı sevənlərin nəzərinə - Bu halda ziyandır

Bəzi insanlar gün ərzində qısa da olsa, yatmaq ehtiyacı hiss edir. Günorta yuxusu bəziləri üçün enerji toplamaq və diqqəti artırmaq üçün rahatlama vasitəsi ola bilər.

Mütəxəssislərin fikrincə, bu vərdişin faydalı olub-olmaması yuxunun müddətindən asılıdır.

Qısa, 20–30 dəqiqəlik günorta yuxusu insanın yaddaşını gücləndirir, stressi azaldır və enerji səviyyəsini artırır. Lakin 1 saatdan uzun yatmaq gecə yuxusuna mənfi təsir göstərir, yuxusuzluq və baş ağrısına səbəb ola bilər.

Həkimlər yalnız yüngül və qısa günorta yuxusunun sağlamlıq üçün faydalı olduğunu, uzun və gecikmiş yuxunun isə zərərlər yarada biləcəyini vurğulayır./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2025

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR