İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ölüm xəbəri yayılandan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı

ABŞ prezidenti Donald Tramp xəstə olması, hətta vəfat etməsi barədə xəbərlər yayılandan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Musavat.com xəbər verir ki, o, Ağ Evdə hökumət üzvləri ilə birlikdə Müdafiə Nazirliyi ilə bağlı elan olunmuş açıqlamasını verir.

Xarici agentliklərin yazdığına görə, Tramp jurnalistlər qarşısına nəzərdə tutulandan 53 dəqiqə sonra çıxıb.

O bildirib ki, ABŞ Kosmik Komandanlığının qərargahının Alabama ştatının Huntsville şəhərinə köçürüləcəyini və onun "Raket şəhəri" adlandırılacağını bildirib.

Eyni zamanda qeyd edib ki, Ukrayna münaqişəsi ilə bağlı tərəfləri yaxından izləyir və “çox maraqlı məlumatlar” öyrənib. ABŞ prezidenti  yaxın günlərdə həmin məlumatları açıqlayacağını və müvafiq adddımlar atacağını qeyd edib.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR