İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ədliyyə Nazirliyindən təzminat tələb edir

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ədliyyə Nazirliyi ona dəymiş ziyana görə təzminat ödəməlidir.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Trampın vəkilləri prezidentin ikinci dəfə seçilməsindən əvvəl onun barəsində aparılan federal istintaqlara görə təxminən 230 milyon dollar məbləğində təzminat tələb etmişdilər.

“Bu qərar mənim masamda qəbul edilməli idi. Bu, çox qəribədir – mənim özümün ödədiyim bir qərarı qəbul etmək. Amma mənə çox ciddi zərər dəyib”, - deyə Tramp Oval kabinetdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Donald Tramp əlavə edib:

“Onlar yəqin ki, mənə çox borcludurlar. Əgər bu pulu ölkəmdən alsam, onu xeyirxahlıqla xərcləyəcəyəm - məsələn, xeyriyyəyə verərəm və ya Ağ Evə bağışlayaram”.

Tramp daha əvvəl də KİV-lər və müxtəlif təşkilatlar əleyhinə bir sıra məhkəmə iddiaları qaldırmışdı və bəzi hallarda böyük məbləğdə təzminat qazanmışdı.

Donald Trampın hüquq şirkətinin mətbuat katibinin sözlərinə görə, bu iddialar onun 2016-cı il seçki kampaniyası ilə Rusiya arasında guya “sui-qəsd” barədə istintaqı da əhatə edir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR