Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistin Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana səfəri barədə sualını şərh edib.
Musavat.com xəbər verir ki, Simonyan qeyd edib:
“Qoy onların prezidenti də gəlsin, bizim dövlət başçımız da onlara getsin — mən də gedərəm. Amma əvvəlcədən müzakirə olunmalı məsələlər var: təkcə təhlükəsizliklə bağlı yox, həm də Bakıda saxlanılan insanların (separatçıları deyir — red.) məsələsi. Onların orada saxlanıldığı bilindiyi halda ora getmək bizim üçün asan deyil”, — deyə Simonyan bildirib.
Musavat.com
23 Oktyabr 2025
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ