İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban: “Tramp və Putin arasında görüş öz zamanında baş tutacaq”

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Tramp və Putin arasında gözlənilən görüş “öz vaxtında” keçiriləcək.

Musavat.com xəbər verir ki, Orbanın sözlərinə görə, Macarıstanın xarici işlər naziri Peter Siyarto hal-hazırda Vaşinqtonda bu məsələni müzakirə edir.

“Biz bu görüşün təşkil olunması istiqamətində fəal şəkildə çalışırıq. Görüşün tarixi hələ müəyyən edilməyib. Ancaq uyğun an gəldikdə, görüşü keçirəcəyik,” – deyə Orban vurğulayıb.

Musavat.com 

 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR