Onlayn ictimai-siyasi qəzet
“Mən tam əminliklə deyə bilərəm ki, Ermənistan silahlı qüvvələrinin qarşısında duran əsas məsələ azalma deyil, əksinə, şəxsi heyətin artırılmasıdır”.
Musavat.com xəbər verir ki, bu sözərin müəllifi Ermənistan parlamentinin revanşist deputatı Tiqran Abramyandır.
Onun sözlərinə görə, hətta qarşıdakı 5 il ərzində müharibə olmayacağına tam əminlik olsa belə, hərbi xidmətin müddətinin azaldılması Ermənistanın müdafiə potensialına ciddi zərbə vuracaq:
“Hakimiyyət öz hakimiyyətini uzatmaq naminə dövlət təhlükəsizliyini qurban verir. Belə bir hökumət, hansı ki, milli maraqları dəfələrlə danışıqlar predmetinə çevirib, bu gün də öz siyasi xəttini davam etdirərək ölkənin prioritetlərini mənafeyinə tabe edir”.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ