İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp jurnalistə təcavüzdə təqsirli bilindi - MƏHKƏMƏ QƏRARI

ABŞ məhkəməsi yazıçı və jurnalist Cin Kerolla (Jean Carroll) təcavüz cəhdi ilə bağlı Trampı təqsirli bilib.

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, indi Tramp Kerolla 2 milyon dollar təzminat ödəməlidir. Amma qarşı tərəfin böhtan atdığı məhkəmədə sübut olunardısa, o bu zaman Trampa 3 milyon dollar ödəməli olacaqdı.

Münsiflər heyəti müəyyən edib ki, 1996-cı ilin yazında Tramp univermağın soyunub-geyinmə otağında Kerolla təcavüz edib. ABŞ-ın keçmiş prezidenti bunu təkzib edib və sonda ifadə verməmək qərarına gəlib. O qeyd edib ki, Kerroll onun zövqüncə deyil və o kitabının satışını artırmaq üçün bu yola əl atıb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR