İnsanlara hürriyət, millətlərə istiqlal!

Toy yasa döndü: Bəyin bacısı, yeznəsi və daha 3 nəfər öldü

Sentyabrın 24-də Ağcəbədidən Cəlilabadın Göytəpə qəsəbəsinə gəlin gətirən toy karvanında olan VAZ -2110 markalı avtomobillə yük maşınının toqquşması nəticəsində baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.

Musavat.com Baku tv-yə istinadən xəbər verir ki, belə ki, hadisədə minik avtomobilinin sürücüsü Pərviz Hüseynov və sərnişinlər - Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev dünyasını dəyişiblər.

Qəzada ölənlər yaxın qohumdurlar və onların arasında bəyin bacısı və yeznəsi də var.

"5 nəfərin hamısı qohumdur. Toy da təxirə salındı. Ölən şəxslərin yas mərasimləri keçirilir. Böyük faciədir", - ölən sürücünün dayısı Pərviz Hüseynov Baku TV-yə açıqlamasında deyib.

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR