Onlayn ictimai-siyasi qəzet
Aprel ayının 20 günündə Rusiyadan xaricə buğda ixracı 1,3 milyon ton təşkil edib.
Musavat.com Rusiya Taxıl İttifaqının hesabatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə azdır.
Birliyin analitik departamentinin direktoru Yelena Tyurinanın sözlərinə görə, bir il əvvəl ixrac 35 ölkəyə istiqamətlənmişdisə, cari ildə bu say 15-dək azalıb. Ən böyük alıcı İran olub - 203,5 min ton. Bu, ötən illə müqayisədə 1,9 dəfə çoxdur. İkinci yerdə Türkiyə qərarlaşıb - 191 min ton, bu da bir il əvvəlkindən 2,2 dəfə azdır. Liviyaya ixrac 33 faiz azalaraq 108 min tona düşüb.
Həmişə ən böyük alıcılardan biri olan Misir Rusiyadan buğda idxalını 8,2 dəfə azaldaraq, 33 min tona salıb. İsrail, Səudiyyə Ərəbistanı və Yəmənə ixrac da xeyli azalıb.
Birliyin məlumatına görə, aprelin 1-dən 20-dək dünya bazarında fransız buğdasının qiyməti 3 faiz artaraq bir ton üçün 244 dollara, Amerika buğdasının qiyməti isə 1,8 faiz artaraq 231 dollara çatıb. Rusiya buğdasının(FOB Novorossiysk) qiymətləri 250-254 dollar arasında dəyişir.
Bildirilir ki, Rusiya buğdasının qiymətində Avropa məhsulu ilə müqayisədə endirim olmadığına görə alışlar azalıb. Ötən il belə endirim 13 dollar təşkil edirdi. Birliyin hesabatına görə, indiki 250-254 dollarlıq ixrac qiyməti belə istehsalçıların xərcləri ilə müqayisədə çox cüzi gəlir əldə etməyə imkan verir.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ