Onlayn ictimai-siyasi qəzet
Londonda ABŞ rəsmilərinin Ukrayna və Avropa nümayəndələri ilə görüşünün aprelin 23-də baş tutacağı gözlənilir.
Musavat.com xəbər verir ki, məlumatı Bloomberg agentliyi yayıb.
Bildirilir ki, danışıqlarda ABŞ-ı dövlət katibi Marko Rubio, prezidentin xüsusi elçisi Stiven Vitkoff və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun təmsil edəcəyi gözlənilir.
Məsləhətləşmələrdə Böyük Britaniya, Almaniya, Fransa və Ukrayna xarici işlər nazirləri və milli təhlükəsizlik müşavirləri səviyyəsində nümayəndələri iştirak edəcəklər.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ