İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan şərti sərhədlərdə delimitasiya açıqlaması

Ermənistan və Azərbaycan şərti sərhədlərin delimitasiyası işinin növbəti mərhələləri ilə bağlı fikir və təklif mübadiləsini davam etdirir.

Musavat.com-un məlumatına görə, bunu Ermənistan Respublikası baş nazirinin müavini, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın sədri Mher Qriqoryan “Armenpress”in sualına cavabında deyib.

Delimitasiya işləri hansı mərhələdədir? Komissiyaların növbəti iclasının tarixi ilə bağlı razılıq varmı? Bu barədə suallara cavabında Qriqoryan deyib ki,
Komissiyaların növbəti iclasının tarixi ilə bağlı hələlik konkret razılaşma yoxdur: “Tərəflər delimitasiya işlərinin növbəti mərhələlərinin işçi qaydada təşkili ilə bağlı məsələlərə dair fikir və təklif mübadiləsini davam etdirirlər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR